Sabah ilin son Ay tutulması olacaq

XƏBƏR
16:23
27 Oktyabr 2023
104

Oktyabrın 28-də 2023-cü ilin son Ay tutulması hadisəsi baş verəcək.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sabah.az-a verilən məlumata görə, bu, qismən Ay tutulması olacaq.

Tutulma saat 22:01-də başlayacaq, saat 02:26-da isə sona çatacaq. Tutulmanın maksimumu saat 00:15-də qeydə alınacaq.

Qeyd edək ki, cari ilin son tutulma hadisəsini Avropa, Asiya, Avstraliya, Afrika, Şimali Amerika, Cənubi Amerikanın Şimal-Şərq hissəsi, Sakit okean, Atlantik okeanı, Hind okeanı, Arktika və Antarktidada, o cümlədən Azərbaycanda da müşahidə etmək mümkün olacaq.

Xəbər lenti