İnternat məktəblərindəki uşaqların sayı artıb

XƏBƏR
11:59
27 Oktyabr 2023
78

Uşaqların internat müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılsa da, hələ də bu müəssisələrdə uşaqların sayı bizi narahat edəcək dərəcədədir.

Sabah.az xəbər verir ki, bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitəsinin birgə dinləməsi zamanı deyib.

O bildirib ki, 2021-ci ildə internat tipli ümumtəhsil məktəblərində təhsil alan uşaqların sayı 9 960 nəfər idisə, 2022-ci ildə bu rəqəm 10 062 nəfər olub:

"Alternativ qayğı müəssisələrinin sayının artırılmasına ehtiyac var".

Xəbər lenti