Dönərdən zəhərlənən məktəblilərin son durumu açıqlandı

ÖLKƏ
10:40
27 Oktyabr 2023
74

Bakıda dönərdən zəhərlənən məktəblilərin son durumu açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sabah.az-a verilən məlumata görə, qurumun tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına ümumilikdə 24 müraciət daxil olub.

Bildirilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 20 uşaq ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 4 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir.

Xəbər lenti