Qətl törədib polisə təslim oldu

XƏBƏR
17:24
26 Oktyabr 2023
95

Şəkidə qətl hadisəsi törədilib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, 41 yaşlı Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 35 yaşlı rayon sakini İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə gedərək təslim olub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu, son sutkada Şəkidə ikinci qətl hadisəsidir.

Xəbər lenti