Tibb işçilərinin əməkhaqlarına əlavə müddəti yenidən uzadıldı

XƏBƏR
10:17
26 Oktyabr 2023
58

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti uzadılıb.

Sabah.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı Qərar imzalayıb.

Qərara əsasən, müddət 2024-cü il yanvarın 2-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəl bu müddət 2023-cü il oktyabrın 2-dək olan dövrü əhatə edib.

Xəbər lenti