Göyçayda insan sümükləri aşkarlanıb

XƏBƏR
15:30
24 Oktyabr 2023
48

Oktyabrın 23-də Göyçay rayonunun İnçə kəndinin örüş sahəsində insana məxsus olması ehtimal edilən kəllə və digər sümüklərin, həmçinin paltar qalıqları aşkar edilib.

Sabah.az rayon prokurorluğuna istinadən xəbər verir ki, qalıqların kimə məxsus olması araşdırılır:

“Dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilərək aşkar edilmiş sümüklər və paltar qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Fakla bağlı Göyçay rayon prokurorluğunda araşdırma aparılır”.

Xəbər lenti