Azərbaycanda ilk dəfə “kibermüharibə” yarışı keçiriləcək

XƏBƏR
14:16
24 Oktyabr 2023
134

Azərbaycanda kiberhücumların simulyasiyası ilə ilk "kibermüharibə" yarışı keçiriləcək.

Sabah.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Texnologiyaları Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov "Critical Infrastructure Defence Challenge 2023" ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı bildirib.

Tədbir Dövlət Təhlükəsizliyi Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsziliyi Dövlət Xidmətinin təşkilatçılığı ilə baş tutacaq.

26-27 oktyabrda baş tutacaq yarışların final mərhələsində dövlət, bank, telekom komandalarının qatılacağı final yarışında 20 komanda iştirak edəcək.

Xəbər lenti