Bu tələbələrin təhsil xərclərinin ödənilməsi üçün 40 milyon ayrıldı
Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək.
Sabah.az xəbər verir ki, bu, Azərbaycan hökumətinin koronavirus pandemiyasına görə təsdiqlədiyi Tədbirlər Planında öz əksini tapıb.
Bildirilib ki, bunun üçün 40 milyon manat ayrılıb. Maliyyə Nazirliyi 2020-ci il ərzində bu tədbirin həyata keçirilməsini təmin etməlidir.
Daha çox