Prezidentdən Ziyafət Əsgərovla bağlı - Sərəncam

ÖLKƏ
15:50
23 Oktyabr 2023
153

Prezident İlham Əliyev Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovla bağlı Sərəncam imzalayıb.

Sabah.az xəbər verir ki, Sərəncamla ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ziyafət Abbas oğlu Əsgərov “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Z.Əsgərovun 60 yaşı tamam olur.

Xəbər lenti