Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur - Yenilənib

ÖLKƏ
09:47
23 Oktyabr 2023
334

Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü K.H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S.H.-ni bıçaqlayıb.

Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Məlumata görə, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.

Xəbər lenti