Şəmkirdə daş karxanasında ekskovator yanıb - Video
15:42
21 Oktyabr 2023
161Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonunda yerləşən daş karxanasının ərazisində ekskavatorda yanğın baş verməsi barədə məlumat daxil olub.
Sabah.az xəbər verir ki, bu haqda FHN məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “HİDROMEK 370” markalı ekskavatorun mühərrik hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.
Yanğın nəticəsində ekskavatorun mühərrik hissəsi qismən yanıb, əsas hissəsi yanğından mühafizə olunub.

Daha çox