Həyətdən tapdığı qurğu 11 yaşlı uşağın ölümünə səbəb olub

ÖLKƏ
14:03
21 Oktyabr 2023
176

Oktyabrın 14-də 11 yaşlı Abdulla Əlizadənin Nəsimi rayonu, R.Behbudov küçəsində yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabah.az xəbər verir ki, bu barədə Nəsimi rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Abdulla Əlizadənin Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindən tapdığı kustar üsulla dəmir materialdan hazırlanmış mənşəyi məlum olmayan qurğu ilə yaşadığı evin yataq otağında ehtiyatsız davranması səbəbindən açılmış atəş nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti