Ucarda yük maşını yandı - Video

HADİSƏ
10:45
21 Oktyabr 2023
176

Ucar rayonu, Qaracallı kəndi ərazisində yük avtomobilində yanğın baş verib.

Sabah.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, məlumatla əlaqədar Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin müdaxiləsi sayəsində “İVECO” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb, yük avtomobili və qoşqunun üzərində olan kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Xəbər lenti