Sürücü sükan arxasında öldü

XƏBƏR
09:55
21 Oktyabr 2023
215

Cəlilabad rayon sakini sükan arxasında qəfildən vəfat edib.

Sabah.az xəbər verir ki, ötən axşam 42 yaşlı Coşqun Babayev idarə etdiyi “Mercedes” markalı avtomobillə Masallı rayonunda hərəkətdə olarkən ölüb.

C.Babayevin ürəktutma nəticəsində vəfat etdiyi bildirilir.

Faktla bağlı Masallı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti