Deputatlığa namizəd seçkini dayandırdı - "Əlbəyaxa dava olub"

ÖLKƏ
16:06
9 Fevral 2020
277
“ATƏT müşahidə missiyası ilə danışıb, komandanı prosesdən çəkirəm. Mən dostlarımı şərəfsizlərə yem etmək istəmirəm”.

Sabah.az xəbər verir ki, bu sözləri 76 saylı Lənkəran-Astara seçki dairəsindən deputatlığa namizədliyini verən REAL partiyasının üzvü, vəkil Xalid Bağırov yazıb.

Xalid Bağırov bildirib ki, bir çox seçki məntəqələrində komissiya üzvləri ilə onun müşahidəçiləri arasında əlbəyaxa dava olub.

Həmçinin qeyd olunub ki, 16 saylı məntəqədə Xalid Bağırovun səlahiyyətli nümayəndəsi Jalə Bayramovanın saçından tutub məntəqədən qovublar. Onun hazırda polisdə olduğu bildirilir.

Xəbər lenti