Prokuror qadın müəllimi öldürən şəxsə cəza istədi
Lökbatanda qadın müəllimin qətlində ittiham olunan Orxan Novruzovun cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.
Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, son iclasda dövət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror Orxan Novruzovun xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan mərhum edilməsini tələb edib.
Növbəti iclas oktyabrın 25-nə təyin olunub.
Qeyd edək ki, qətl hadisəsi ötən il mayın 27-də baş verib. Həmin gün fərdi yaşayış evində yanğın olub və orada yaşayan 62 yaşlı Xuraman Həsənovanın üzərində xəsarət izləri olan meyiti aşkar edilib. Əməliyyat tədbirləri zamanı hadisənin Orxan Novruzov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qətlə yetirilən Xuraman Həsənova 139 saylı orta məktəbin ibtidai sinif müəllimi olub.
Daha çox