Xudafərin körpüsünə bayrağımızın sancıldığı gündür

XƏBƏR
09:58
18 Oktyabr 2023
197

2020-ci il oktyabrın 18-də Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunda yerləşən Xudafərin körpüsünü və ətraf əraziləri erməni işğalından azad edib.

Sabah.az xəbər verir ki, eyni zamanda, 2021-ci ilin bu günü Cəbrayıl rayonunun Hacılı və Hacı İsaqlı kəndləri düşməndən geri alınıb.

Prezident İlham Əliyev 2021-ci il tviter paylaşımında Azərbaycan Silahlı Qüvvələrinin qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdığını belə elan etmişdi:

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”.

Xəbər lenti