Bu rayonlarda qaz kəsiləcək

XƏBƏR
15:58
17 Oktyabr 2023
281

“Bakı Metropoliteni” QSC-yə məxsus “Xocəsən” elektrik Deposunun qazlaşdırılması həyata keçiriləcək.

“Azəriqaz” İstehsalat Birliyindən Sabah.az-a verilən məlumata görə, Deponun qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyi olaraq “Qaz İxrac” İdarəsinə məxsus diametri 720 mm-lik “Qaradağ-Xırdalan” yüksək təzyiqli magistral qaz kəmərinin 26-cı km hissəsində qaznəqli sisteminə birləşdirilməsi ilə bağlı 18 oktyabr saat 09:00-dan işlər başa çatanadək “Xocasən”, “Alatava” və “Sulutəpə” QPS-lərdən, həmçinin “Fərəh MMC” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Nəsimi, Binəqədi (bir hissəsi) və Qaradağ (kiçik bir hissəsi) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti