Qusarda iki nəfər göbələkdən zəhərlənərək öldü
15:15
14 Oktyabr 2023
175Qusar şəhərində qidadan zəhərlənmə baş verib.
Sabah.az APA-ya istinadən xəbər verir ki, Cəlilabad rayon sakinləri 43 yaşlı Şamil Zeynalov, 47 yaşlı Sabir Zeynalov və şəxsiyyəti hələ dəqiqləşdirilməmiş bir şəxs göbələkdən zəhərləniblər. Onlardan ikisi dünyasını dəyişib. Şamil Zeynalov ağır vəziyyətdə Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Daha çox