Azərbaycanın dövlət borcu açıqlandı
Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat təşkil edir.
Sabah.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin rüblük hesabatında qeyd edilib. Belə ki, hazırda Azərbaycanın dövlət borcu 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4 faizi qədər olub.
Məlumata görə, borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3 faizi və 5,1 faizi qədərdir.
Daha çox