47 yaşlı qadının intiharına görə cinayət işi açıldı

XƏBƏR
09:44
13 Oktyabr 2023
185

Neftçalada qadının intiharı ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, 1976-cı il təvəllüdlü Neftçala rayonu, Xəzər kənd sakini  Qızqayıd Xəlilova yaşadığı fərdi yaşayış evinin həyətində özünü asaraq intihar edib. Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatırma) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır.

Hadisənin baş vermə şəraiti və səbəbi ətraflı və obyektiv yoxlanılmaqla nəticəsi üzrə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Xəbər lenti