Hacıqabuldakı yanğınla bağlı cinayət işi açıldı
17:53
12 Oktyabr 2023
168Ötən gecə Hacıqabulun Navahı qəsəbəsində 5 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı cinayət işi açılıb.
Baş Prokurorluqdan Sabah.az-a bildirilib ki, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Qeyd edək ki, yanğın nəticəsində yataqxanada yaşayan 42 yaşlı Aybəniz Abışova, onun anası 73 yaşlı Sara Abışova, 80 yaşlı Mütəllim Mahmudov, həmçinin A.Abışovanın övladları 11 yaşlı Elgün Sadıqov və bacısı 13 yaşlı Zəhra Sadıqova yanaraq ölüblər.
Hadisə zamanı 2 nəfər isə yanıq xəsarəti alıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Daha çox