Gəncədə 25 dilənçi saxlanıldı - Foto

XƏBƏR
15:49
12 Oktyabr 2023
190

Gəncə şəhərində dilənçilərlə bağlı reyd keçirilib.

Sabah.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin keçirdiyi tədbir zamanı şəhər ərazisində dilənçiliklə məşğul olan 25 nəfər saxlanılıb.

Polis şöbələrinə aparılan şəxslərlə profilaktiki söhbətlər aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.

Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Xəbər lenti