Karantin rejimini pozan çayxana aşkarlandı - Foto

XƏBƏR
19:27
4 Aprel 2020
89

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tədbirləri davam etdirir.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən çayxana aşkarlayıblar.

Dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi İlkin Mirzəyev barəsində isə qanuna müvafiq qaydada tədbir görülüb.

Xəbər lenti