Bu rayonlara qar yağıb - Video

XƏBƏR
10:25
12 Oktyabr 2023
141

Oktyabrın 12-si saat 09:00-a olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

Xınalıq, Qrız, Qusar, Şahdağda qar yağıb.

Düşən yağıntının miqdarı:  Lənkəranda 37 mm, Astarada 27 mm, Göytəpədə 26 mm, Ağsuda 10 mm, Yardımlıda 9 mm, Lerik, Quba, Qusar, Qrız, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Şahdağ, Tərtər, Biləsuvar, Yevlax, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 9 mm-dək olub. 

Qar örtüyünün hündürlüyü: Qrız, Qusarda 1 sm olub.

Duman: Lerik, Qrız, Balakəndə müşahidə olunub.

Külək: Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Bərdə, Şəki, Şirvanda 18 m/s, Şabranda 16 m/s, Bakıda və Abşeron yarımadasında 27 m/s -dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Xəbər lenti