Bu Fondun adı dəyişdirildi
Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun adı dəyişib.
Sabah.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun yaradılması haqqında 2023-cü il 24 fevral tarixli Saziş”ə dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında” Qanunda əksini tapıb.
Fond Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti (Fond) adlanacaq.
Daha çox