Şirvanda ölü uşaq doğuldu - Cinayət işi açıldı
İyulun 22-də Şirvan şəhər sakini, 23 yaşlı Aygün Əzizovanın “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə uşağının ölü doğulması faktı ilə araşdırma aparılıb.
Sabah.az xəbər verir ki, bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Araşdırma nəticəsində Aygün Əzizovanın 20.07.2023-cü il tarixdən 22.07.2023-cü il tarixədək bir neçə dəfə doğuş sancıları ilə qeyd edilən xəstəxananın Ginekologiya və doğum şöbəsinə müraciət etməsi, lakin həkim mama-ginekoloqun həmin ağrıların doğuş sancısı olmaması qənaətinə gəlməsi və diaqnozun düzgün təyin edilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
Daha çox