"JEK"in müdiri bülletenləri özü ilə aparıb

ÖLKƏ
15:53
9 Fevral 2020
134
13 saylı Xəzər-Pirallahı seçki dairəsinin 6 saylı məntəqəsində seçki bülletenlərinin məntəqədən kənara çıxarıldığı bildirilir.

Sabah.az xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"na məlumat verən müşahidəçilər bildiriblər ki, bülletenlər seçki məntəqəsindən kənara Mərdəkan ərazisində yerləşən Mənzil Kommunal İstismar Sahəsinin müdiri tərəfindən çıxarılıb. "O şəxs məntəqədən kənarda MKİS-in işçilərinə səs verdirir".

Məsələ ilə bağlı 13 saylı Xəzər-Pirallahı dairə seçki komissiyasından Turan-a bildirilib ki, məsələdən xəbərləri yoxdur: "Bu məsələ ilə bağlı xəbərimiz yoxdur, araşdırıb məlumat verəcəyik".

Mənzil Kommunal İstismar Sahəsindən məsələ ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Xəbər lenti