Sulu qar yağıb - Faktiki hava

ÖLKƏ
09:55
11 Oktyabr 2023
150

Ölkə ərazisində müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sabah.az-a verilən məlumata görə, oktyabrın 11-i saat  9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib.

Bildirilib ki, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub. Şahdağda sulu qar yağıb.

Düşən yağıntının miqdarı:  Lənkəranda 18 mm, Astarada 12 mm, Lerikdə 11 mm, Naxçıvanda 10 mm, Yardımlıda 9 mm,  Ordubadda 8 mm, İsmayıllı, Biləsuvar, Gədəbəydə 7 mm, Qax, Qəbələ, Balakən, Şahdağ, Oğuz, Şərur, Neftçala, Daşkəsən, Gəncə, Şəmkir, Şəki, Zaqatala, Şahbuz, Tovuz, Ağstafa, Tərtər, Şirvan, Qobustan, Naftalan, Culfa, Göyçay, Beyləqan, Kürdəmir, Quba, Şamaxı, Altıağac, Ceyrançöl, Göygöl, Qrız, Xaltan, Bərdə, Ağsu, Mingəçevir, Yevlax, Zərdab, İmişli, Sabirabad, Cəfərxan, Qusar, Sədərəkdə 6 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. 

Külək: Şimal-qərb küləyi arabir Şahdağda 20 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Xəbər lenti