Bakıda külək 22 m/s-dək güclənib
Oktyabrın 9-u saat 14:00-a olan məlumata əsasən şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənib.
Sabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd edilib ki, küləyin maksimal sürəti arabir Daşkəsəndə 28 m/s, Qobustanda 24 m/s, Gədəbəydə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.
Daha çox