Avtomobil transformatora çırpıldı, onlarla ev işıqsız qaldı - Foto

HADİSƏ
18:20
4 Aprel 2020
116

Ağstafa rayonunda yol qəzası baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı transformatora çırpılıb. Nəticədə transformatora və avtomobilə ciddi ziyan dəyib.

Eyni zamanda ərazidə elektrik enerjisi kəsilib, onlarla ev işıqsız qalıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti