“İran Azərbaycan səfirliyinin açılması üçün xahiş edib”

XƏBƏR
12:25
7 Oktyabr 2023
139

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edəcək.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana səfəri ilə bağlı açıqlamasında deyib.

Nazir, keçmişdə baş vermiş bəzi anlaşılmazlıqlara toxunub. O qeyd edib ki, Azərbaycan səfirliyinin tez bir zamanda fəaliyyətini bərpası üçün İran tərəfi xahiş edib və Azərbaycan da bu istiqamətdə qısa müddətdə addımların atılacağına söz verib.

Xəbər lenti