Tərtərdə mina partladı - Ölən var

ÖLKƏ
17:50
6 Oktyabr 2023
192

Tərtər rayon sakini minaya düşüb.

Sabah.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib. Məlumata görə, hadisə bu gün saat 17 radələrində rayonun Çaylı kəndi ərazisində baş verib.

Tərtərin Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Araşdırma aparılır.

Xəbər lenti