Xınalıqda ilk qar - Fotolar

XƏBƏR
10:19
5 Oktyabr 2023
93

Quba və Qusar rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Sabah.az AZƏRTAC-a istinadən xəbər verir ki, yağıntı əsasən dəniz səviyyəsindən 2 min metrdən yüksək ərazilərdə qeydə alınıb.

Qubanın Xınalıq kəndinin sakinləri bildirib ki, bu, cari qış mövsümünün ilk qarıdır.

Qarın yağması ilə əlaqədar yaşayış məntəqəsində temperatur ötən günlərə nisbətən aşağı enib.

Xəbər lenti