Yola təkər atan yeniyetmələr saxlanıldı - Rəsmi

ÖLKƏ
09:56
5 Oktyabr 2023
182

Sosial şəbəkələrdə “ölüm oyunu” adı ilə paytaxtın Qaradağ rayonu Lökbatan qəsəbəsində təpəlikdən kənar dairəvi yola təkər atılmasını əks etdirən görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən hərəkət iştirakçılarının həyatına və əmlakına real təhlükə yaradan şəxslər müəyyən ediliblər.

Həmin əməli törədən şəxslər - 2006-cı il və 2007-ci il təvəllüdlü şəxslər saxlanılaraq polis orqanına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəyi bildirilib.

Xəbər lenti