Qadın amansız rəftar səbəbindən intihar edibmiş
16:49
4 Oktyabr 2023
238İyunun 16-da Cəlilabad rayonu, Göytəpə şəhər sakini 55 yaşlı Mənsurə Babayevanın yaşadığı evin həyətində intihar etməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Cəlilabad Rayon Prokurorluğundan Sabah.az-a bildirilib ki, istintaqla Daxıl Şabıyevin Mənsurə Babayevanı uzun müddət davam edən amansız rəftarı və ləyaqətini mütəmadi olaraq alçaltması nəticəsində özünü öldürmə həddinə çatdırmasına əsaslı şübhələr müəyyən edilib.
Daxıl Şabıyevə Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Daxıl Şabıyev Mənsurə Babayevanın həyat yoldaşı olub.
Qeyd edək ki, bir neçə gün əvvəl Şəmkirdə də qadını intihar həddinə çatdıran şəxs barəsində cinayət işi açılıb.
Daha çox