İranda koronavirusla bağlı son statistika - Daha 158 nəfər öldü

XƏBƏR
16:16
4 Aprel 2020
114

İranda son sutka ərzində yeni koronavirusdan (COVID-19) ölənlərin sayı 3 452 nəfərə çatıb.

Sabah.az xəbər verir ki, İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpurun sözlərinə görə, virus ötən sutka ərzində daha 158 nəfərin həyatına son qoyub.

O, ötən 24 saat ərzində 2 560 nəfərin koronavirusa yoluxmasını təsdiqləyib. Bununla da İranda koronavirusa yoluxanların sayı 55 min 743 nəfərə çatıb.

Cahanpur 4 103 xəstənin vəziyyətinin ağır və kritik qiymətləndirildiyini bildirib. İndiyədək İranda Covid-19-dan sağalanların sayı isə 19 min 736 nəfərdir.

Xəbər lenti