İçərisində 5 qadının olduğu “Porsche” aşdı - Video+Yenilənib

HADİSƏ
14:41
2 Oktyabr 2023
402

Bu gün saat 13:15 radələrində Yevlax rayonu ərazisində ağır yol qəzası baş verib.

Sabah.az xəbər verir ki, Xaldan dairəsindən Şəkiyə gedən yolda xanım sürücünün idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə sürücü və avtomobildə olan 4 qadın sərnişin müxtəlif dərəcəli xəsarətlər alıb. Yoldan keçən digər şəxslər polisə və təcili tibbi yardıma məlumat veriblər.

Hadisə yerindən görüntüləri təqdim edirik.

***

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı bildirib ki, bu gün saat 13 radələrində Xaldan-Şəki-Zaqatala yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində Bakı şəhər sakini S.İbrahimova “Porsche” markalı avtomobillə hərəkət olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarına aşırıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri A.Məmmədzadə xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib:

“2 oktyabr tarixində avtoqəza nəticəsində yaralanan 01.05.2006-cı il təvəllüdlü Aydan Məmmədzadə və 24.02.2006-cı il təvəllüdlü Məlahət Fətullayeva saat 13:50 radələrində təcili tibbi yardım avtomobili ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar”.

Xəbər lenti