Sarayda 3 nəfər bir-birini bıçaqladı - Ölən var

XƏBƏR
16:17
30 Sentyabr 2023
187

Sentyabrın 29-u saat 23 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qətl hadisəsi olub.

Sabah.az xəbər verir ki, rayon prokurorluğundan bildirilib ki, 1987-ci il təvəllüdlü Mürvət Əliyev və 1989-cu il təvəllüdlü Seymur Hüseynovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi, 1978-ci il təvəllüdlü Rəşad Əbilovun isə ölməsi barədə məlumat daxil olub.

Araşdırma zamanı aralarında yaranmış mübahisə zamanı qeyd olunan şəxslərin bir-birinə bıçaqla xəsarətlər yetirməsi və Rəşad Əbilovun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Xəbər lenti