Azərbaycanda daha 78 nəfərdə koronavirus aşkarlandı

GÜNDƏM
14:43
4 Aprel 2020
279

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Ka­bineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilən həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbər lenti