Qənirə Paşayeva ilə vida mərasimi keçirilir - Video

ÖLKƏ
10:28
29 Sentyabr 2023
238

Millət vəkili Qənirə Paşayeva ötən gün axşam saatlarında müalicə olunduğu xəstəxanada vəfat edib.

Sabah.az xəbər verir ki, millət vəkili ilə vida mərasimi başlayıb. Heydər məscidində keçirilən mərasimdə mərhumun ailə üzvləri, dostları və digər şəxslər iştirak edirlər.

Q.Paşayeva saat 11-də İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən xəstəxanaya yerləşdirilib.

Xəbər lenti