İlham Əliyev Zəngilanda - Yenilənib+Fotolar

XƏBƏR
13:22
28 Sentyabr 2023
177

Prezident İlham Əliyev bu gün Zəngilan rayonunda olub.

Sabah.az xəbər verir ki, dövlət başçısı Alıbəyli kəndinin təməlini qoyub.

***

İlham Əliyev Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışını edib.

***

Prezident, həmçinin “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Cahangirbəyli” Su Elektrik Stansiyasının açılışında iştirak edib.

***

İlham Əliyev Zəngilan şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub, Zəngilan şəhər məscidində görülən işlərlə tanış olub.

Sonra dövlət başçısı Zəngilan şəhərində üçüncü, dördüncü yaşayış komplekslərinin və 160 yerlik uşaq bağçasının təməllərini qoyub.

Xəbər lenti