Təhsil İnstitutunun direktor səlahiyyətləri ona həvalə edildi
Təhsil İnstitutuna direktor səlahiyyətlərini icra edən şəxs təyin edilib.
Sabah.az xəbər verir ki, Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu vəzifə Əliyev Elnur Qəzənfər oğluna həvalə edilib.
Qeyd edək ki, Elnur Əliyev bu təyinata qədər Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəlki direktor Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru təyin olunduğundan vəzifəsindən azad edilib.
Daha çox