İki nəfərin üzərinə qaynar su töküldü - 21 yaşlı oğlan öldü

XƏBƏR
13:26
26 Sentyabr 2023
292

Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən müəssisələrdən birində 40 yaşlı Fəqan Şirinov və 21 yaşlı Nahid Həsənovun üzərinə isti su tökülüb.

Baş prokurorluğun Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, F.Şirinov almış olduğu xəsarətlərdən sentyabrın 24-də müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, hadisə kağız istehsal edən müəssisədə baş verib.

Xəbər lenti