“Dinc əhalini silahlandırıb döyüşə cəlb etməyə çalışırlar”

XƏBƏR
10:30
20 Sentyabr 2023
162

“Qarabağdakı silahlı birləşmələrı bir daha silahı yerə qoyub təslim olmağa çağırırıq”.

Sabah.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov hazırda keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, yalnız bu halda antiterror tədbirləri dayandırılacaq:

“Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzunmüddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar”.

A.Eyvazov qeyd edib ki, hazırda mövcud vəziyyət ordumuzun nəzarəti altındadır.

Xəbər lenti