ABŞ-da koronavirusdan ölənlərin sayı rekord həddə çatdı

XƏBƏR
09:22
4 Aprel 2020
257

Son sutka ərzində Amerika Birləşmiş Ştatlarında koronavirusdan ölənlərin sayı 1 423 nəfər olub.

Sabah.az CNN-ə istinadən xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin ən son hesabatında qeyd olunub.

Hesabata əsasən, ölkədə ölənlərin ümumi sayı 7 406 nəfərə çatıb.

Qeyd edək ki, ABŞ-da Covid-19-a yoluxanların ümumi sayı 276 min 995 nəfər, virusdan sağalanların sayı isə 9 772 nəfərdir. Ölkədə hər gün orta hesabla 31 min 782 nəfərin virusa yoluxduğu bildirilir.

Xəbər lenti