A Seriyası ilə bağlı yeni qərar
İtaliya A Seriyası rəhbərliyi ölkə çempionatında mövsümün mümkün bərpa müddəti ilə bağlı videokonfrans keçirib.
Sabah.az liqanın saytına istinadən xəbər verir ki, toplantıda çempionatının qeyri-müəyyən müddətə kimi təxirə salınmasına qərar verilib. Bildirilib ki, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyət düzələcəyi vaxt A Seriyası bərpa olunacaq.
Xatırladaq ki, bundan əvvəl futbol üzrə İtaliya çempionatının mayda yenidən başlayacağı iddia olunurdu.
Daha çox