Gədəbəydəki mövqelərimiz atəşə tutuldu

XƏBƏR
10:37
19 Sentyabr 2023
59

Sentyabrın 19-u saat 02:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun  Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Sabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb.

Xəbər lenti