Xocavənddə yük avtomobili minaya düşdü - 2 nəfər həlak oldu

HADİSƏ
09:01
19 Sentyabr 2023
158

Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sabah.az-a bildirilib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “Howo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub.

Araşdırma aparılır.