Bacısını övladının gözü önündə öldürənə hökm oxundu

XƏBƏR
17:56
18 Sentyabr 2023
148

Abşeron rayonunda bacısını qətlə yetirən 1998-ci il təvəllüdlü Nicat Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda N.Əsədov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi üzrə təqsirli bilinib.

Bildirilib ki, ötən ilin 25 sentyabr tarixində N.Əsədov bacısı, 1994-cü il təvəllüdlü Xalidə Əsədova ilə mübahisə edib. Bacısının evə gec gəlməsindən əsəbiləşərək onu öldürmək qərarına gəlib. Gecə saat 2 radələrində X.Əsədova 7 yaşlı oğlu ilə özünə məxsus avtomobillə yaşadığı evə gəlib. Orada gözləyən Nicat qadına hücum edərək azyaşlı övladının gözü önündə bacısına çoxsaylı bıçaq zərbələri endirib.

Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.

Məhkəmənin hökmü ilə N.Əsədova 15 il həbs cəzası verilib.

Xəbər lenti